Qeydiyyatdan keçin

Parolu unutmusunuz?
Adresiniz yoxdur? O zaman Qeydiyyatdan keçin

Elektrik Avtomobilləri

Elektrik avtomobili - elektrik enerjisi ilə işləyən bir və ya bir neçə mühərrikdən ibarət avtomobil. İlk praktiki elektrik avtomobili 1880-cı illərdə istehsal edilmişdi. Elektrik avtomobilləri 19-cu əsrin axırları və 20-ci əsrin əvvəlləri populyar olsada, daxili yanma mühərriklərinin inkişafı və kütləvi ucuz benzin istehsalı elektrik avtomobillərinin istifadəsinin azalmasına səbəb olmuşdu.

2008-ci ildən etibarən bateryaların inkişafı, neft qiymətlərinin daha da bahalanma qayğıları və havaya buraxılan zəhərli qazların azaldılması istəyi elektrik avtomobillərinin istehsalında yeni bir dalğa yaratdı. Çoxlu ölkə və yerli hökumətlər elektrik maşınlarının kütləviləşməsi üçün güzəştli kreditlər, vergi güzəştləri və s tətbiq etməyə başladılar.

Daxili yanma mühərrikləri ilə işləyən avtomobillərlə müqayisədə elektrik avtobilləri daha az səs çıxar. Çox ölkədə neft idxal edildiyi üçün elektrik avtomobilləri neft idxalının azaldılmasına gətirib çıxaracaq.

Elektrik avtomobillərinin əsas problemlərindən biri yenidən elektrik qidalanmasının çox uzun müddət çəkməsidir. Bateryaların baha olması, elektrik avtomobillərinin digər avtomobillərdən baha olmasına gətirib çıxarır, amma hal-hazırda baterya qiymətlərində eniş müşahidə olunur. Bundan başqa sürücülər növbəti mənzilə çatana qədər bateryanın tamami ilə öləcəyindən qorxurlar.

2015-ci ilin dekabr ayına olan məlumata görə 30-dan çox elektrik avtomobilli modeli mövcuddur. 2016-cı ilin sentyabrına olan məlumata görə elektrik avtomobillərinin qlobal satış sayı 1 milyon ədədi keçmişdi.

About
About
About