Qeydiyyatdan keçin

Parolu unutmusunuz?
Adresiniz yoxdur? O zaman Qeydiyyatdan keçin

Haqqımızda

About
About
About

Haqqımızda

Motor House Azərbaycan avtomobil sənayesində ən son texnologiyaların təqdim olunduğu yeni bir brenddir. Motor House-un peşəkar heyəti istifadə olunan texnologiyaların istifadəsi üzrə təlimlərdən keçmiş mütəxəssislərdir. Servisdə son texnologiya avadanlıqlarından əlavə müştərilər üçün ehtiyat hissələrinin satışı üzrə komanda da fəaliyyət göstərir. Hər bir müştərinin istəyinə uyğun olaraq ehtiyat hissələri, avtomobil aksesuarları və digər aidiyyatı hissələr təqdim olunur. Motor House-a gəldiyiniz andan avtomobil xidməti sahəsinə yeni nəfəsin gəldiyi anında hiss olunur. Müştərilərin rahatlığının yüksək səviyyədə təmin olunduğu peşəkar komandadan əlavə, həmçinin müştəri istirahət zonaları, Motor Cafe fəaliyyət göstərməkdədir. Motor Cafe xüsusi konseptdə dizayn edilmişdir. Burada dünya mətbəxindən dadlı təamlardan dadıb, avtomobilə göstərilən xidmət prosesini də izləyə bilərsiniz.
Motor House avtomobil xidməti üzrə həmçinin təlim mərkəzi kimi də fəaliyyət göstərir. Təlim mərkəzi avtomobil sahəsində öndə gedən ölkələrdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə bu sahəyə marağı olan və bu sahədə ixtisaslaşmaq istəyən hər kəsə təlim proqramı təqdim edir. Motor House-da elektrik avtomobillərinə xidmət də nəzərdə tutulmuşdur. Bundan əlavə motosikletlərin təmiri xidməti də nəzərdə tutulub.

Bizimlə əlaqə

Bakı şəhəri, Qaradağ rayonu, Bakı Dairəvi yolu 1063
info@motorhouse.az
*8855
Map